Dünya şöhrətli qapıçı, SSRİ yığmasının və Moskva "Spartak”ının keçmiş üzvü Rinat Dasayev Bakıdadı.
Newsport.az-ın məlumatına görə, Dasayev bu gün "Neftçi” klubunun təlim-məşq bazasına baş çəkib.
AÇ-1988-in gümüş, Olimpiya oyunlarının bürünc mükafatçısı Bakı təmsilçisinin üzvləri ilə görüşüb. Qonağa "Neftçi”nin forması və rəmzləri hədiyyə edilib.