“Sumqayıt”dan klub rekordu

“Sumqayıt” üçün Azərbaycan Premyer Liqasında 2023-24 mövsümü rekordla əlamətdar olub. Newsport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi tarixi ərzində bir mövsümdə ən çox xal toplama rekorduna imza atıb.

Samir Abasovun yetirmələri mövsümü 57 xalla başa vurub. Komanda keçirdiyi 36 oyunun 15-də qələbə qazanıb, 12-də heç-heçə edib, 9 dəfə isə məğlub olub.

Qeyd edək ki, “Sumqayıt”ın buna qədərki xal rekordu da Samir Abasovun rəhbərliyi altında olub. Komanda 2017-18 mövsümündə 40 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right