“Neftçi”nin baş icraçı direktoru vəzifəsindən getdi

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov vəzifəsindən istefa verib. Newsport.az-ın məlumatına görə, bu barədə o, özü feysbuk hesabında paylaşım edib.

F.Mahmudov Bakı klubunda sonuncu iş günü olduğunu bildirib: “Bu gün “Neftçi” baş icraçı direktoru vəzifəsində sonuncu günümdür. Klubla qarşılıqlı razılıq əsasında yollarımızı ayırdıq”.

Qeyd edək ki, Fərrux Mahmudov ötən ilin iyulundan “Neftçi”də çalışır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right