"Şamaxı" klubu qapıçısı ilə yollarını ayırıb

Azərbaycan I Liqasının qalibi olan "Şamaxı" klubu qapıçısı Əkpər Vəliyevlə yollarını ayırıb.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni mövsüm öncəsi klubdan ayrılan ilk futbolçu olub.

Müqavilə müddəti başa çatan qolkiperlə yeni sözləşmə imzalanmayıb.

Qeyd edək ki, "Şamaxı" 2024/2025 mövsümündən etibarən Azərbaycan Premyer Liqasında çıxış edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right