Bu klub I Liqadan kənarlaşdırıldı: "Araz Saatlı" pley-off oynayacaq

“İrəvan” Futbol Klubu AFFA-nın Lisenziya Komissiyası tələblərinə cavab verə bilmədiyinə görə növbəti mövsüm üçün I Liqa yarışlarında iştirak üçün lisenziya əldə edə bilməyib.

Newsport.az xəbər verir ki, bununla yanaşı klub tərəfindən Peşəkar Futbol Liqasına bu halda hər bir kluba apellyasiya müraciəti üçün təqdim edilən 10 günlük müddətdən də istifadə edilməyəcəyi ilə bağlı elektron məktub ünvanlanıb. Bütün bunları nəzərə alaraq Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Kuboku, Əvəzedicilər liqası və I Liqa yarışlarının 2023-2024-cü illər mövsümünün Əsasnaməsini rəhbər tutaraq aşağıdakı qərarları qəbul edir.

1. “İrəvan” Futbol Klubu Lisenziyalaşdırma tələblərinə cavab vermədiyi üçün I Liqa yarışlarından  kənarlaşdırılsın.

2. Bu mövsüm I Liqada sonuncu yeri tutmuş “Araz Saatlı” klubu qarşıdakı mövsümdə I Liqada çıxış etmək üçün II Liqada ikinci yeri tutmuş “Cəbrayıl” komandası ilə pley-off matçlarında mübarizə aparsın.

Pley-off oyunlarının detalları ilə bağlı Peşəkar  Futbol Liqasının rəsmi saytında  əlavə məlumat veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right