Bu gün Urfan Abbasovu heyətinə qatdığını açıqlayan “Araz-Naxçıvan” növbəti transferini həyata keçirib. Newsport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin heyətinə qatdığı budəfəki oyunçu da “Qəbələ”dən olub.
“Qırmızı-ağlar” Ülvi İsgəndərovla müqavilə imzalayıblar. Razılaşmaya əsasən, 26 yaşlı hücumçu qarşıdakı 1 il ərzində “Araz-Naxçıvan”ın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Ülvinin uzun müddət formasını geyindiyi “Qəbələ” Premyer Liqadakı yerini itirib. Bölgə təmsilçisi növbəti mövsümdə I Liqada mübarizə aparacaq.