"Neftçi"nin daha bir legioneri dünya çempionatının seçmə oyunu üçün yığmaya çağırılıb

“Neftçi”nin futbolçusu Ataa Caber Fələstin millisinin düşərgəsinə çağırılıb.

Newsport.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti paylaşım edib.

29 yaşlı yarımmüdafiəçi Livan və Avstraliya yığmalarına qarşı DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün komandaya cəlb edilib.

Qeyd edək ki, Fələstin iyunun 6-da Livan, beş gün sonra Avstraliya ilə üz-üzə gələcək. Daha əvvəl "Neftçi"dən Alfa Konte Syerra Leone millisinə dəvət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right