AFFA üç futbolçunu 4, bir məşqçini 3 oyunluq cəzalandırıb

U-17 Liqasında baş tutan “Araz-Naxçıvan” - “Zirə” matçında meydan sahiblərinin heyətində bir, qonaqlardan isə 2 futbolçu qırmızı vərəqə ilə meydandan qovulduğu üçün AFFA İcraiyyə Komitəsi tərəfindən 4, bir məşqçi isə 3 oyunluq diskvalifikasiya olunub.

Newsport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Araz-Naxçıvan”dan Mehman Ağakişiyev, qonaqlardan isə Cavanşir Qasımov və Gülağa Mirzəyev təcavüzkar davranışa görə 4 oyunluq cəzaya məruz qalıblar.

U-14 Liqasında isə “Qəbələ” - “Azart” matçı bitdikdən sonra qonaq komandanın baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir etdiyinə görə 3 oyun cəzalandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right