“Qarabağ” Azərbaycan Kubokunun cari mövsümündə 19 dəfə rəqib qapılarına yol tapıb. Newsport.az xəbər verir ki, son 16 mövsümdə ilk dəfə belə məhsuldarlıq qeydə alınıb.
Ağdam klubu 2007/08 mövsümündə də bu qədər qola imza atıb. Lakin həmin vaxt “Xəzər Lənkəran” 27 qol vurub, “Neftçi” və “İnter” (indiki “Şamaxı”) isə 19 qola sevinib.