Bu gün Konfrans Liqasının 2023/24 mövsümünün qalibi müəyyənləşəcək.
Newsport.az xəbər verir ki, final matçında Yunanıstan "Olimpiakos"u İtaliya "Fiorentina"sını qəbul edəcək. Afinadakı "AEK Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü referi portuqaliyalı Artur Diaş idarə edəcək.
Qeyd edək ki, Konfrans Liqasının son qalibi "Vest Hem"dir.
29 may
Konfrans Liqası, final
23:00. "Olimpiakos" (Yunanıstan) - "Fiorentina" (İtaliya)
Baş hakim: Artur Diaş
Afina, "AEK Arena"