"Qarabağ"ın iki futbolçusu yeni mövsümə fərqli komandada başlaya bilər.
Newsport.az saytına verilən məlumata görə, söhbət Amin Ramazanov və Nihad Quliyevdən gedir.
"Şamaxı" hər iki oyunçunu heyətinə qatmağı planlaşdırır. Bu mövsüm Birinci Liqada çempion olaraq yeni sezondan Premyer Liqada oynamaq haqqı qazanan "Şamaxı" Ramazanovu bir illik icarəyə götürəcək, Quliyevin isə "Qarabağ"la müqaviləsi gələn ay başa çatacaq.
Lakin yekun qərar şərtlərdən sonra dəqiqləşəcək.