"Sumqayıt"ın bu mövsüm keçirdiyi 36 oyunda ən az əvəzlənən futbolçusu Murad Xaçayev olub.
Newsport.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümünün son 11 matçında start heyətdə meydana çıxıb və sonadək oynayıb.
2018-ci ildən "Sumqayıt"ın formasını geyinən Murad Xaçayev bütün turnirlər daxil olmaqla 137 oyunda meydanda olub. O, bu matçlara 6 qol vurub və 8 qolun ötürməsini verib.