Emin Mahmudov “Neftçi”nin tarixinə düşdü

Emin Mahmudov “Neftçi”nin tarixinə düşüb.

Newsport.az PFL-in saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionatlarında “ağ-qaralar”ın formasını ən çox geyinən futbolçu olub.

Bu, Misli Premyer Liqasının 36-cı turunda rəsmiləşib. “Sabah”la ev oyunu Eminin “Neftçi”də 183-cü çempionat matçı olub.

O, uzun illərdir Bakı klubunun rekordçusu olan İqor Getmanın göstəricisini arxada qoyub. Sabiq müdafiəçi “Neftçi”də 182 çempionat matçına çıxıb. Mahmudov həmin rekordu hələ 31-ci turda təkrarlasa da, sonrakı 4 qarşılaşmada iştirak etməyib.

Qeyd edək ki, 2017-ci ildən “Neftçi”də çıxış edən Emin 183 görüşdə 41 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right