Milli komandamızın və Bakının "İnter” klubunun futbolçusu Rauf Əliyevin zədələnməsindən xəbərdarsınız.
Newsport.az saytının məlumatına görə, Əliyev bu gün Almaniyada əməliyyat olunacaq. Əldə etdiyimiz bilgiyə görə, Rauf əməliyyatdan sonrakı 10 günü də, Alamniyada qalmalı olacaq. O, 10 gün ərzində Münhendə reabilitasiya kursu keçəcək.
Qeyd edək ki, Raufun əməliyyat xərcləri AFFA tərəfindən ödəniləcək.