"Sabah"ın futbolçusu: "Qarşıya qoyulan məqsədə çatdıq" Foto

"Sabah"ın mərakeşli legioneri Sofian Çakla instaqram hesabında paylaşım edib.

Newsport.az xəbər verir ki, təcrübəli futbolçu komandasının avrokuboklara vəsiqə qazanmasından yazıb:

"Bu il bir çox çətinliklərdən sonra qarşıya qoyulan məqsədə çatdıq. Gəldiyim ilk gündən mənə dəstək olan, sevgi və məhəbbətlə yanımızda olan bütün klub işçilərinə təşəkkür edirəm. "Neftçi" ilə görüşdə də bizə dəstək çıxan azarkeşlərimizə də minnətdaram. Çox sağ olun".

Qeyd edək ki, "Sabah" Premyer Liqanın son turunda "Neftçi"yə səfərdə 1:0 qalib gələrək ölkə çempionatında 3-cü yeri tutub və yeni mövsüm Konfrans Liqasına vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right