Xorvatiya liqasında mövsümə yekun vurulub.
Newsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" son turda "Rudeş"lə üz-üzə gəlib.
Oyun 3:3 hesabı ilə yekunlaşıb. Emreli meydana 65-ci dəqiqədə - komandası hesabda 3:1 irəlidə olanda çıxıb.
Bu, Emrelinin 2024-cü ildə meydana çıxdığı 2-ci rəsmi matç olub. O, ilin əvvəlində aldığı ağır zədə səbəbindən oyunları buraxmaq məcburiyyətində qalmışdı.
Qeyd edək ki, "Dinamo" 82 xalla bu mövsümün qalibi olub.