“Qarabağ”ın bütün potensial rəqibləri bəlli oldu

Azərbaycan çempionu “Qarabağ”ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində bütün potensial rəqibləri bəlli olub. Newsport.az xəbər verir ki, son olaraq Bosniya və Herseqovinanın “Boraç” və Albaniyanın “Eqnatia” klubları bu sıraya qoşulub.
 
Onlar Ağdam təmsilçisinin 15 mümkün rəqiblərindən ikisidir. Ümumiyyətlə, ilk raundun bütün iştirakçıları müəyyənləşib.
 
Çempionlar Liqası
 
I raund
 
Səpələnmişlər:
 
“Ferensvaroş” (Macarıstan)
 
“Qarabağ” (Azərbaycan)
 
“Slovan” (Slovakiya)
 
“Ludoqorets” (Bolqarıstan)
 
HİK (Finlandiya)
 
“Flora” (Estoniya)
 
“Styaua” (Rumıniya)
 
“Klaksvik” (Farer adaları)
 
“Şemrok Rovers” (İrlandiya)
 
“Linkoln” (Cəbəllütariq)
 
TNS (Uels)
 
“Pünik” (Ermənistan)
 
RFŞ (Latviya)
 
“Petrokub” (Moldova)
 
“Ballkani” (Kosovo)
 
Səpələnməmişlər:
 
“Boraç” (Bosniya və Herseqovina)
 
“Dinamo” (Batumi, Gürcüstan)
 
“Selye” (Sloveniya)
 
“Hamrun” (Malta)
 
“Larne” (Şimali İrlandiya)
 
“Dinamo” (Minsk, Belarus)
 
“Panevejis” (Litva)
 
“Ordabasi” (Qazaxıstan)
 
“Vikinqur” (İslandiya)
 
“Struqa” (Şimali Makedoniya)
 
“Differdanj” (Lüksembuq)
 
“Deçiç” (Monteneqro)
 
“UE Santa Koloma” (Andorra)
 
“Eqnatia” (Albaniya)
 
“Virtus” (San Marino)
 
“Qarabağ”ın I raunddan azad olmaq imkanı da var. Bunun üçün “Real” Çempionlar Liqasının finalında Dortmund “Borussiya”sını məğlub etməlidi. Bu baş versə, I təsnifat mərhələsinin ən yüksək reytinqə malik iki komandası – “Ferensvaroş” və “Qarabağ” II raunddan mübarizəyə qoşulmalı olacaq.
 
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right