Elmar Baxşıyev: "Tələblərim yerinə yetirilsə, bu layihə mənə uyğundur"

"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının son turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Newsport.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, son matçdır, "Qarabağ"a qarşı oynayırıq. Azarkeşlər üçün maraqlı oyun oldu. Qalib gələ də, uduza da bilərdik. Komandamı təbrik edirəm. Qarşıdakı günlərdə rəhbərliklə danışığınız olacaq. Ona uyğun hərəkət edəcəyik.

- Mətbuatda sizin "Araz-Naxçıvan"dan gedəcəyiniz, əcnəbi baş məşqçinin gələcəyi ilə bağlı xəbərlər var. Bugünkü nəticə ilə həmin xəbərlərə cavab verdiyinizi düşünmək olar?

- Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm. Mənim tələbim o olub ki, 2 aylıq müqavilə bağlayaq, komandanı tanıyım. Rəhbərlik mənə 1 il artıq müqavilə təklif edirdi. Mən razılaşmadım. Çünki bu çempionatı başa vurmaq lazımdır. Mətbuat məni göndərməyə çalışır. Əlbəttə ki, rəhbərliyin sözü önəmlidir.

- Sizin davam etmək fikriniz var?

- Mənim də tələblərim var. Daha iddialı komanda görmək istəyirəm. Tələblərim yerinə yetirilsə, bu layihə mənə uyğundur. "Qəbələ" necə söz sahibi mən idimsə, burada da 2 ay ərzində mənim sözüm komandanın üstündə olub. Yenə də görüş hər şeyi aydın edəcək. Ümid edirəm ki, mənim təkliflərim də klub üçün maraqlı olacaq.

- "Qəbələ"nin aşağı liqaya düşməsinə məyus olduz?

- Çox məyus oldum. Futbolçuların klubdan ayrılmasına daha çox məyus olmuşdum. Futbol onu göstərir ki, hər şeyin qədrini bilmək və oyunçuları komandada saxlamaq önəmlidir. Riskə getdik. O risk də özünü doğrultmadı. "Qəbələ" köklü klubdur. İnanıram ki, 1 il sonra onları yenidən Premyer Liqada görəcəyik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right