Azərbaycan sərbəst güləşçiləri Gürcüstandakı turnirdə iştirak edəcəklər

Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Gürcüstanın Qori şəhərində keçiriləcək “Şxireli Kuboku”nda iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış sabah start götürəcək.

Ölkəmizi məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında Vasif Bağırov (57 kq), Camal Abbasov (61 kq), Musa Verdiyev (65 kq), Ramik Heybətov (70 kq), Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) təmsil edəcəklər.

İki gün davam edəcək ənənəvi turnirdə beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right