"Lunyov səsli mesaj göndərib dedi ki..."

"Qarabağ"ın qapıçısı Andrey Lunyov meneceri Anton Smirnovla yolları ayırıb.

Newsport.az xəbər verir ki, bu barədə Smirnov "RB Sport"a açıqlamasında bildirib. 

Menecer Lunyovun onunla əməkdaşlığı dayandırmasını səsli mesaj vasitəsi ilə bildirdiyinə görə incidiyini söyləyib: "Lunyov mənə əməkdaşlığımızın dayandırılması ilə bağlı səsli mesaj göndərdi. Onun belə qərar verməyi mənim üçün təəccüblü deyil. Yolları ayırmağın vaxtı çoxdan çatmışdı. Andreyin qərarına hörmətlə yanaşıram. 

Lunyov "Qarabağ"a transfer olunarkən əvvəlcə klub bir ildən artıq müddətə müqavilə imzalamaq istəmirdi. Onlar gələcəkdə Lunyova arxalana bilib-bilməyəcəklərini anlamaq istəyirlər. Düşündülər ki, o, ili normal keçirsə, müqaviləni uzatmaq variantı olsun. Müqavilənin maddi tərəfi isə acınacaqlı idi - illik 200 min avro. Sonda bildirildi ki, əgər hər şey qaydasına düşsə, dekabrda şərtlərə yenidən baxılacaq və təkmilləşdirilmiş şərtlərlə müqavilənin uzadılması təklif olunacaq".

Smirnov Lunyova 3,5 illik əməkdaşlığından təqribən 3 milyon rubl (56 min manat) qazandığını söyləyib: "Üç ildən artıq əməkdaşlıq haqqında deyiləsi çox şey var. Hətta düşünürəm ki, bu haqda kitab yaza bilərəm. Bu arada, Andreyə açıq şəkildə demək istədiyim yeganə şey budur: Səsli mesajdan bir az daha çox şeyə layiq idim. Qazanca gəldikdə isə, 3,5 il müddətində təxminən 3 milyon rubl qazanmışam. Ancaq "Zenit" azarkeşləri məni hələ də qəssab adlandırırlar. Lunyov Zenit"də qalsaydı, mən daha çox qazanacaqdım".

Qeyd edək ki, rusiyalı qolkiper ötən ilin yayından "Qarabağ"ın futbolçusudur. Tərəflərin müqaviləsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right