AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Newsport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XXXV turunun oyunlarında qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
“Kəpəz” - “Zirə” oyununda gəncəli azarkeşlər tərəfindən hakimlərin və rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub 1000 manat cərimə edilib.
“Qarabağ” - “Turan Tovuz” oyunundan sonra akkreditasiyası olmayan şəxslər “Zona 1”ə daxil olduğuna görə Ağdam klubuna 500 manat cərimə kəsilib.
“Qəbələ” - “Araz-Naxçıvan” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimələnib.