Lunyov "Qarabağ"la yeni müqavilə ilə bağlı yayılan məlumatlar haqda: "Şayiələrdir"

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov "atlılar"la yeni razılaşdırılmış müqavilə ilə bağlı çıxan xəbərlərdən danışıb.

Newsport.az xəbər verir ki, "Matç TV"yə danışan təcrübəli qolkiper məsələ haqda bunları deyib:

"Bunlar şayiələrdir. Bütün məsələlər mövsümün sonunda həll olunacaq. Bu cür xəbərlər diqqəti yayındırır? Mən fikir vermirəm. Hər bir futbolçu haqqında yazılması normaldır. Bütün diqqətimi komandam üçün oynamağa və mövsümün sonuna yönəltmişəm. Qarşıda bizi vacib matçlar, kubokun finalı gözləyir”.

32 yaşlı qolkiper "Qarabağ"la mövsümün əvvəlində bir illik müqavilə imzalayıb. Onun müqavilə müddəti 2024-cü il iyunun 30-da başa çatacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right