"Səbail" "Qəbələ"nin qolkiperini istəyir

"Qəbələ"nin qolkiperi Rəşad Əzizli yeni mövsümə Premyer Liqada başlayacaq.

Newsport.az-ın məlumatına görə, təcrübəli qapıçının xidmətində maraqlı olan klublarımız var. 

Onlardan biri Rəşadın sabiq komandası "Səbail"dir. Paytaxt təmsilçisi qapı xəttindəki rəqabəti artırmaq üçün Əzizlini komandaya dəvət etmək istəyir.

"Səbail"lə yanaşı, daha iki komandanın 30 yaşlı futbolçunu transfer siyahısına daxil etdiyi bildirilir. 

Rəşad mövsümün əvvəlində "Qəbələ" ilə bir illik müqavilə imzalamışdı. O, karyerası ərzində "Neftçi", "Simurq", "Rəvan", AZAL, "Sumqayıt", "Keşlə", "Zirə", "Şamaxı" klublarının qapısını qoruyub.

sportal.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right