"Qarabağ"dan nə qədər pul istədiyi məlum oldu SON DƏQİQƏ

Ötən ilin yayında "Qarabağ"la 1+1 illik müqavilə imzalayan Andrey Lunyovun burada qalıb-qalmayacağı qarşıdakı günlərdə tam dəqiqləşəcək.

Newsport.az "sportinfo.az"a istinadən xəbər verir ki, Düzdür, tərəflər arasında davam edən danışıqlarda müəyyən ciddi razılıqlar əldə olunub, amma bəzi məsələlər var ki, 32 yaşlı qapıçını qayğılandırır.

Meneceri Anton Smirnovla yollarını ayıran rusiyalı kiper başqa bir tanınmış agentlə anlaşmaq üzrədir. O, hüquqi proseduru başa vurandan sonra Ağdam klubu ilə görüşmələri yekunlaşdıracaq.

"Qarabağ" istəməyəcəyi təqdirdə, Lunyov bu mövsümün sonu heç bir kluba keçə bilməz. Hər halda mövcud sözləşmədə buna dair xüsusi bənd var. "Bayer"in sabiq "əlcək sahibi", təbii ki, sözügedən müddəadan xəbərdardır. Sadəcə, Lunyov 2 illik imzalanması nəzərdə tutulan yeni kontrakta əsasən daha çox qazanmaq istəyindədir.

İllik 500-550 min dollar ona elə də böyük rəqəm kimi görünmür. Rusiya yığmasının qapıçısı bu məbləğin 700-750 min dollar civarında olmasını arzulayır. "Köhlən atlılar" həmin pulu ona verməyə razılaşmasa, başqa komandalarla danışıqlar aparmaq hüququ var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right