Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu baş məşqçisi Marçin Matisyakla yollarını ayırır.
Newsport.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Mütəxəssis çempionatda "Stal" (Melets) komandası ilə sonuncu turun matçından sonra postundan ayrılacaq.
Lodz klubu yeni baş məşqçinin iyunda bəlli olacağını açıqlayıb.
Qeyd edək ki, Ekstraklasada 21 xalla 18-ci pillədə qərarlaşan LKS-in aşağı liqaya düşəcəyi dəqiqləşib. Rahil Məmədov yanvarda bu komandaya keçib. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.