"Xəzər Lənkəran" “Kəpəz”üçün başlayır

Azərbaycan Premyer Liqasının 8-ci turunda evdə AZAL-a 3:1 hesabı ilə qalib gələn “Xəzər Lənkəran” bir günlük istirahətin ardından bu gün toplanır. 

Newsport.az-ın məlumatına görə, komanda qarşıdakı “Kəpəz”lə oyunun hazırlığına start verəcək. 

Oktyabrın 22-nə qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək komanda bir gün sonra səfər matçı üçün Gəncəyə yola düşəcək. 

Hazırda “Xəzər Lənkəran” ın heyətində Orxan Əliyev və Rasim Ramaldanov ciddi zədədən əziyyət çəkir. Hər iki futbolçu məhz zədə səbəbindən son turun matçını da buraxmalı olublar.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right