"Qarabağ" Avropada bu göstəricilərdə TOP-10-a düşdü

Avropa Liqasında 2023/24 mövsümü başa çatdı. "Atalanta" (İtaliya) həlledici görüşdə bütün turnirlərdə 51 oyundur uduzmayan "Bayer"i (Almaniya) 3:0 hesabı ilə məğlubuyyətə uğradaraq tarixində ilk dəfə Avropa Liqasının qalibi oldu.

Məlumdur ki, bu yarışda Azərbaycan çempionu "Qarabağ" da mübarizə aparırdı və onlar yarışın 1/8 finalında gələcək finalçı "Bayer"ə uduzaraq (2:2, 2:3) mübarizəni dayandırmalı oldu.

Avroliqada mövsümün yekununa əsasən, "Qarabağ"ın statistik göstəriciləri bəlli olub. 

Ən çox qol vuran, ən çox hücum edən komandalardan biri...

QOL.az UEFA-nın statistik məlumatlarına istinadən xəbər verir ki, komanda hesabında "Qarabağ" ən çox qol vuran klublar sırasında "Sparta" (Çexiya) ilə birgə 8-ci yeri tutub (17 qol). "Sportinq", "Renn", "Vest Hem" və "Milan" kimi klublar Ağdam klubundan geridə qalıblar. "Bayer" isə 31 qolla bu siyahıda 1-ci, İngiltərə "Liverpul"u (29 qol) 2-ci, Fransa "Olimpik"i (27) 3-cü olub.

Bundan başqa, Qurban Qurbanovun komandası ən çox hücum edən klublar sırasında TOP-10-a düşərək 8-ci yerdə qərarlaşıb. Ağdam təmsilçisi Avroliqada mövsüm ərzində 335 dəfə hücum edib və bu göstəricidə ən yaxın izləyiciləri "Roma", "Sparta" kimi klubları qabaqlayıb. Siyahıda ilk yeri isə "Bayer" (521) tutub.

"Qarabağ" müdafiə xəttində topu ələ almağa görə (431 dəfə) isə 5-ci olub. Bu göstəricidə də "Atalanta" (629) mövsümü lider kimi başa vurub.

"Qarabağ" seyv sayında (44 dəfə) isə yalnız "Roma"dan (54) geridə qalaraq 2-ci yerdə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right