Lunyovdan "Qarabağ"la yeni müqavilə xəbərinə münasibət

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Ağdam təmsilçisi ilə yeni müqavilə imzaladığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Newsport.az xəbər verir ki, rusiyalı qolkiper "Matç TV"yə açıqlamasında bu məlumatları şayiə adlandırıb:  

"Bütün məsələlər mövsümün sonunda həll olunacaq. Bu cür xəbərlər diqqəti yayındırır? Mən fikir vermirəm. Hər bir futbolçu haqqında bu cür xəbərlər normaldır. Bütün diqqətimi komandam üçün oynamağa və mövsümün sonuna cəmləmişəm. Qarşıda bizi vacib matçlar, kubok finalı gözləyir”.

Qeyd edək ki, Lunyovun "Qarabağ"la hazırkı müqaviləsi bu mövsümün sonunda başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right