Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Türkiyə yığmasına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Siyasət Əsgərov 23 oyunçuya dəvət göndərib.
Milli mayın 27-də toplaşaraq Ərzincana yollanacaq və oyun gününə kimi hazırlığı orada keçəcək.
Komandalar arasında matçlar mayın 31-də Ərzincanda, iyunun 4-də isə Bakıda baş tutacaq.
