KL: Klublarımızın mümkün rəqiblərinin sayı artdı

Azərbaycan klublarının 2024-2025 mövsümündə Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri sırasına yeni komandalar qoşulub. Newsport.az xəbər verir ki, həm “Neftçi”, həm də bu turnirdə vəsiqə uğrunda mübarizə aparan “Zirə”, “Sabah” və “Sumqayıt”ın mümkün rəqibləri getdikcə artır.
 
“Neftçi” ölkəmizi bu turnirdə təmsil edəcək iki klub sırasına düşsə, püşkatma zamanı səpələnmişlərdə yer alacaq. Bu da o deməkdir ki, “ağ-qaralar” nisbətən zəif komandalardan biri ilə qarşılaşacaq. Potensial rəqiblər isə hələlik “Hekken” (İsveç), “HB Torshavn” (Farer adaları), “Proqres” (Lüksemburq), “Puşkaş Akademiyası” (Macarıstan), “Sent-Patriks” (İrlandiya), “İlves” (Finlandiya), “Kliftonvill” (Şimali İrlandiya) və “Transinvest”dir (Litva).
 
“Sumqayıt”, “Zirə” və ya “Sabah” isə Konfrans Liqasına yollansa, səpələnməmişlər səbətində olacaq. Bu komandaların mümkün rəqiblərinin hazırda ÇFR (Rumıniya), “Legiya” (Polşa), “Makkabi” (Hayfa, İsrail), “Yurqorden” (İsveç), “Omoniya” (Kipr), “Gimaraeş” (Portuqaliya), “Astana” (Qazaxıstan), “Riqa” (Latviya), AEK (Afina, Yunanıstan), “Zrinski” (Bosniya və Herseqovina), “Maribor” (Sloveniya), “Hayduk” (Xorvatiya), “Osiyek” (Xorvatiya), “Spartak” (Trnava, Slovakiya), AEK (Larnaka, Kipr), “Vaduts” (Lixtenşteyn), “Dunayska” (Slovakiya) və “Fehervar”ın (Macarıstan) olduğu dəqiqdir. Təmsilçilərimizin yalnız səpələnmişlərdə qərarlaşacaq “Ararat”a (Ermənistan) rəqib olması mümkün deyil.
 
Qeyd edək ki, Konfrans Liqasında 2024-2025 mövsümünün II təsnifat mərhələsinin püşkü iyunun 19-da atılacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right