"Şamaxı" Premyer Liqada

Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümü başa çatıb.

Newsport.az-ın məlumatına görə, yeni sezondan Premyer Liqada iştirak edəcək komandanın adına aydınlıq gətirilib.

Belə ki, "Şamaxı" bir illik fasilədən sonra elitaya qayıdışını evdə rəsmiləşdirib.

"Şamaxı" doğma meydanda "Araz Saatlı"nı məğlub edərək ən yaxın izləyicisi "Qaradağ Lökbatan"ı qabaqlayıb.

"Araz Saatlı"nın isə Birinci Liqanı tərk edəcəyi müəyyənləşib.

"Şamaxı” - “Araz Saatlı” 3:1

Qollar: Davud Mahmudov, 9 (avtoqol), Bəhruz Teymurov, 57, Emin Zamanov, 90+6 (pen) - Abdulla Seydəhmədov, 61 (avtoqol)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right