Bu gün 1-ci liqanın qalibi müəyyənləşir

Bu gün Azərbaycan 1-ci liqasında 2023-2024 mövsümünə yekun vurulacaq.

Newsport.az xəbər verir ki, çempion komanda məhz sonuncu - 27-ci turda bəlli olacaq.

Lider "Şamaxı"nın mövsümü 1-ci yerdə tamamlamaq şansı daha çoxdur. Ötən mövsüm Premyer Liqanı tərk edən komanda bu gün 1-ci liqanın autsayderi "Araz Saatlı"nı qəbul edəcək.

İkinci pillədə qərarlaşan və "Şamaxı"dan 1 xal geri qalan "Qaradağ-Lökbatan" isə səfərə "Mingəçevir"lə qarşılaşacaq. "Şamaxı"ya çempionluq üçün qələbə kifayətdirsə, "Qaradağ-Lükbatan" qələbə qazanmaqla yanaşı, liderin büdrəməsini də gözləməlidir.

Bütün oyunlar saat 16:00-da start götürəcək. Turun 4 görüşü Peşəkar Futbol Liqasının yutub kanalında canlı yayımlanacaq.

Xatırladaq ki, reqlamentə əsasən 1-ci liqanın qalibi yeni mövsümdən Premyer Liqada çıxış etməlidir.

 

22 may (çərşənbə)

1-ci liqa, 27-ci tur

16:00.MOİK – “İmişli”
Binə qəsəbə stadionu

16:00.“Şamaxı” – “Araz Saatlı”
Şamaxı şəhər stadionu (PFL TV/canlı)

16:00.“Mingəçevir” – “Qaradağ Lökbatan”
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (PFL TV/canlı)

16:00. “İrəvan” – “Karvan”
“ASK Arena” (PFL TV/canlı)

16:00.“Difai Ağsu” – “Zaqatala”
Ağsu şəhər stadionu (PFL TV/canlı)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right