Millimizin oyunlarına Fransa və Danimarkadan hakimlər

Qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində III və IV turda Türkiyə ilə qarşılaşacaq. Newsport.az xəbər verir ki, B Liqasının 1-ci qrupunun görüşlərinə hakim təyinatları müəyyənləşib.

Mayın 31-də “Erzincan 13 Şubat” stadionunda reallaşacaq qarşılaşmada fransızlar iş başında olacaq. Görüşü Aleksandra Kollin idarə edəcək. Ona Elodie Koppola və Klotilde Brassar köməklik göstərəcək. Ehtiyat hakim funksiyasını Klemense Qonçalves yerinə yetirəcək.

İyunun 4-də “Liv Bona Dea Arena”da baş tutacaq matç isə danimarkalılara tapşırılıb. Baş hakim Nanna Lof Andersenin köməkliləri Sidsel Rasmussen və Anna Kyaer Şmidt olacaq. Dördüncü hakim kimi Frida Klarlund Bakıya gələcək.

Qeyd edək ki, B Liqasının 1-ci qrupunda yer alan millimiz ilk 2 turda 1 xal toplayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right