II Liqanın çempionu kuboka qovuşdu

Futbol üzrə Azərbaycan II Liqada XXVI turun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşündən sonra keçirilən mükafatlandırma mərasimində turnirin qalibi “Baku Sportinq” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib.

Newsport.az xəbər verir ki, bir tur əvvəl çempionluğu təmin etmiş komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər. Ardınca “Baku Sportinq” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.

Qeyd edək ki, “Baku Sportinq” komandası II Liqada 1-ci yeri tutaraq I Liqaya vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right