Azərbaycan millisinin üzvlərinə "Əməkdar idman ustası" fəxri adı verildi

Minifutbol üzrə Azərbaycan milli komandasının üzvləri təltif olunub.

Newsport.az xəbər verir ki, futbolçulara "Əməkdar idman ustası" fəxri adı verilib. Təltifetmə mərasimi 2025-ci ildə Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı ilə bağlı tədbirdə baş tutub.

İdmançılara medalları və vəsiqələri gənclər və idman naziri Fərid Qayıbov təqdim edib:

Təltif olunan idmançılar:

Ramil Həsənzadə
Davud Kərimi 
Seymur Məmmədov
Mirmehdi Rzayev
Rəvan Kərimov
Tanrıverdi Məhərrəmli 
Vüsal İsayev
Samir Həmzəyev
Təhmuraz Əmircanov
Elvin Əlizadə
Vitali Borisov
Taleh Babayev
Tural Nərimanov
Asif Zeynalov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right