“Neftçi” və “Qəbələ”dən rekord, “Sabah”dan ilk

Əvəzedicilər liqasında mükafatçılar bəlli olub.

Newsport.az xəbər verir ki, XXXV turun oyunlarından sonra bütün medallar sahiblərini tapıb.

12 ildən sonra əvəzedicilərin çempionu olan “Neftçi”nin ikinci komandası yeni rekorda imza atıb. Bakı klubu 3 qızıl medal qazanan ilk komanda olub. “Qarabağ”, “İnter” (indiki “Şamaxı”) və “Bakı”nın əvəzediciləri iki çempionluq qazanıb. Bu 4 komandadan başqa, OİK (indiki MOİK), “Qəbələ” və “Səbail”in də “ikinciləri” qızıla sahib çıxıb.

İkinci yeri tutan “Qəbələ” ardıcıl 3-cü, ümumilikdə 5-ci gümüşü əldə edib. Bu, komandanın 8-ci medalıdır. Qəbələlilər bu göstəricidə rekorda imza atıb.

“Sabah” isə mövsümü bürünclə bitirib. Bu, komandanın ilk belə uğurudur.

Qeyd edək ki, fasilələrlə keçirilən əvəzedicilərin çempionatı 12-ci dəfə təşkil olunub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right