Şahruddin Məhəmmədəliyev neçə aydır maaş almır? klub çətin durumdadır

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi “Adana Dəmirspor”da vəziyyət ağır olaraq qalır.

Newsport.az xəbər verir ki, UEFA-nın sanksiyaları ilə yanaşı, klub maliyyə çətinlikləri də yaşayır. Artıq 5 aydır ki, Məhəmmədəliyev də daxil olmaqla futbolçular maaşlarını almırlar.

Klub hazırda xarici investorlara satılmaq ərəfəsindədir.

Qeyd edək ki, Məhəmmədəliyev mövsümün əvvəlində “Adana Demirspor”la iki illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right