Millimiz Moldovada tarix yazdı

Jurnalistlərdən ibarət minifutbol üzrə milli komandamız Moldovanın paytaxtı Kişinyov şəhərində keçirilən Avropa Media Kubokunun qalibi olub.

Newsport.az-ın məlumatına görə, jurnalistlərimiz turnirin final matçında Rumınya millisi ilə qarşılaşıblar.

Həlledici qarşılaşmada güclü rəqibi üzərində 7:4 hesabı ilə qələbə qazanan Azərbaycan millisi qalib adına sahib olub.

Bununla da təmsilçimiz ilk dəfə olaraq çempion tituluna yiyələnmiş olub.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right