"Neftçi" Azərbaycan çempionu oldu

"Neftçi”nin qızlardan ibarət komandası Yüksək Qızlar Liqasında bu mövsüm sonuncu oyununu keçirib.

Newsport.az xəbər verir ki, baş məşqçisi Siyasət Əsgərov olan komanda 18-ci turda “İnter” (Xaçmaz) klubu ilə qarşılaşıb. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə 14:0 hesabı ilə qalib gələn “ağ-qaralar” ölkə çempionu olub.

Beləliklə, qadınlar arasında keçirilən UEFA Çempionlar Liqasında iştirak etmək hüququ qazanan “Neftçi” bununla da Azərbaycan futbolu tarixində daha bir ilkə imza atıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right