Azərbaycan Premyer Liqasının VIII turunda "Qəbələ”yə son dəqiqələrdə buraxdığı qolla məğlub olan "Neftçi” 1 günlük istirahətdən sonra hazırlıqlara satrt verəcək.
Newsport.az-ın məlumatına görə, Samir Əliyevin komandası gündə 2 dəfə məşq edəcək. Komandanın düşərgəsində durum yaxşıya doğru dəyişmək üzrədir. Belə ki, komandanın kapitanı –Azərbaycan Premyer Liqasının VI turunda "Qarabağ”la səfər matçında zədə alan Araz Abdullayev bu gündən etibarən məşqlərdə iştirak edəcək.
Qeyd edək ki, "Neftçi” Topaz Premyer Liqasının IX turunda AZAL-ın qonağı olacaq.