"Fənərbaxça" və "Beşiktaş" "Qarabağ"ın futbolçusunu istəyir

“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andrade yeni mövsümə Türkiyə Superliqasında başlaya bilər.

Newsport.az “A Bola”ya istinadən xəbər verir ki, kabo-verdeli ilə “Beşiktaş” və “Fənərbaxça” maraqlanır. Portuqaliya mətbuatının iddiasına görə, Azərbaycan çempionunun rəhbərliyi Andradeni satmaqdan imtina edib.

Türkiyə nəhənglərindən əlavə, Rusiyanın üç klubunun nümayəndələri mümkün transfer şərtləri ilə tanış olmaq üçün Andradenin agenti ilə əlaqə saxlayıb.

Xatırladaq ki, Andradenin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right