"Neftçi" Türkiyə klubunun qapıçısına 3 illik müqavilə təklif etdi

Millinin qapıçısı Şahruddin Məhəmmədəliyev yeni təklif alıb.

Newsport.az "sportinfo"ya istinadən xəbər verir ki, ona dəvət Azərbaycandan gəlib.

"Neftçi" ötən mövsümə kimi "Qarabağ"ın formasını geyinmiş kiperi öz istəyi ilə tanış edib. Dağıstan kökənli "əlcək sahibi"nə 3 illik müqavilə təklif olunub.

Şahruddin 2016-cı ildən 2023-cü ilin yayına kimi “Qarabağ”ın uğurları üçün çalışıb.

O, daha sonra Türkiyəyə yollanıb, “Adana Dəmirspor“la anlaşıb. “Şah“ın Super Liqa təmsilçisi ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right