Saşa Yunisoğlunun yeni klubu bəlli oldu

Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlu yenidən böyük futbola qayıdıb.

Newsport.az saytının məlumatına görə, o bundan sonra Premyer Liqada mübarizə aparan "Rəvan"da çıxış edəcək.

Artıq tərəflər arasında buna dair müqavilə də imzalanıb. Saşa mövsümün sonunadək paytaxt klubunun uğurları üçün çalışacaq.

Qeyd edək ki, Yunisoğlu ötən mövsümün əvvəlində elitada çıxış edən "Araz Naxçıvan"ın şərəfini qoruyurdu. Amma o vaxt klub birdən-birə mübarizəni dayandırmağa qərar verdiyindən, Saşa da klubsuz qalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right