“Qarabağ”a cərimə, “Zirə”yə xəbərdarlıq

AFFA İntizam Komitəsinin iclasında Azərbaycan Premyer Liqasının XXXIV turunun daha bir oyununda baş verən neqativ hallarla bağlı qərarlar verilib. Newsport.az xəbər verir ki, “Zirə” - “Qarabağ” matçında yaşanan neqativ hallar da hüquqi qiymətini tapıb.

Qarşılaşmanın 89-cu dəqiqəsində “Zirə”nin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “qartallar”a xəbərdarlıq edilib.

Oyunda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubuna 700 manat cərimə kəsilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right