AFFA Premyer Liqada əcnəbi VAR hakimləri olacağını təsdiqlədi

AFFA-nın baş katibi Sərxan Hacıyev Misli Premyer Liqasının bu həftəsonu keçiriləcək 1 və ya 2 oyunda VAR-da əcnəbi hakimlərin olacağını təsdiqləyib.

Newsport.az xəbər verir ki, qurum rəsmisi bununla bağlı “CBC Sport”da yayımlanan “Bizim futbol” verilişində danışıb.

S.Hacıyev bildirib ki, avrokuboklar zonasında gərgin mübarizənin getdiyini nəzərə alaraq AFFA bu cür addım atıb: “Qərara alınıb ki, hər hansısa bir fors-major hadisə olmayacağı təqdirdə ilk dəfə , bu həftəsonu keçiriləcək 1 və ya 2 oyununa beynəlxalq VAR hakimi dəvət olunsun. Oyunlarda bizim meydanda hakimlərə köməklik etsin. Belə bir təcrübə VAR-la bağlı ilk dəfə həyata keçiriləcək. Bu günədək beynəlxalq VAR hakimi Azərbaycan Premyer Liqasında hər hansısa oyuna təyinat almayıb.  Bunun da matçlara müsbət təsir edəcəyini düşünürəm. Nəzərə alsaq ki, yarışın  bitməsinə 2 tur qalıb. Həlledici oyunlar var. Müəyyən komandaların avrokubok taleylərini həll edəcək bir neçə matç qalıb".

O, VAR hakimlərinin hansı ölkədən olacağı ilə bağlı bu dəqiqə açıqlama verə bilmədiklərini söyləyib: "Güman edirik ki, turdan bir gün öncə açıqlansın".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right