"Qarabağ”ın braziliyalı futbolçusu Reynaldo Da Silva Almaniyaya gedib.
Newsport.az-ın məlumatına görə, "sambaçı”nın ayağındakı zədəyə görə, bu gün səhər saatlarında Almaniyaya yola düşüb.
Avropa Liqasının qrup mərhələsində Bakıda Belçika "Anderlext”inə qarşı keçirilən oyunda zədə alan "sambaçı” sabah həkimlərlər görüşəcək.
Reynaldonun zədəsinə yenidən baxılacaq və onun əməliyyata ehtiyacı olub-olmadığı müəyyənləşəcək.
Qeyd edək ki, Reynoldonun mövsümü bitirdiyi ilə bağlı xəbərlər də, gündəmdədir.