Mirzov “Neftçi”dən ayrılır? Menecerindən açıqlama

“Neftçi”nin futbolçusu Reziuan Mirzovun agenti Aleksandr Klyuev rusiyalı yarımmüdafiəçinin klubla müqaviləsinin uzadılması ehtimalı ilə bağlı danışıb.

Newsport.az xəbər verir ki, o, “Match TV”yə açıqlamasında iyunun 30-da "ağ-qaralar"la sözləşməsi başa çatacaq futbolçunun qarşıdakı iki oyundan sonra qərar verəcəyini deyib:

"Bəli, Mirzovun “Neftçi” ilə müqaviləsi başa çatır. İndi Azərbaycan çempionatının son oyunları olacaq və bundan sonra vəziyyətə baxacağıq. Hələlik əlavə etmək üçün başqa heç nə yoxdur”.

Qeyd edək ki, Reziuan Mirzov “Neftçi”yə mövsümün əvvəlində “Ximki”dən keçib. 30 yaşlı futbolçu komandada 24 oyuna 1 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right