Premyer Liqanın VIII turunun "Zirə” ilə oyununda qalib gələn (4:1) "Qarabağ”da Samuel Armenteros iki qolla diqqət çəkdi.
Newsport.az-ın məlumatına görə, isveçli hücumçu oyundan sonra media nümayəndələrimə müsahibə verib.
- Oyun haqda fikirlərinizi bilmək istırdik...
- Bizim üçün çox vacib oyun idi. "Qarabağ” üçün hazırda hər bir oyunun, hər bir xalın önəmi var. Oyuna yaxşı başladıq və komanda olaraq yaxşı oyun sərgilədik”
- Deyə bilərikmi ki, "Qarabağ" çempionluq yarışında əsas rəqiblərindən birini mübarizəsindən kənarlaşdırdı?
- Hər rəqibə ciddi yanaşırıq. Bütün oyunlara ciddi hazırlaşırıq. Hər komandanın özünəməxsus oyun üslubu olduğundan hər dəfə fərqli hazırlıq olur.
- Çempionatda 4-cü qoluna imza atdın. Sizcə, bu uğurlu startdı? Bunun davamını gətirə bilərəcəksən?
- Hücumçuyam, qol vurmalıyam. Ancaq mənim üçün ən önəmli məqam "Qarabağ"ın qələbə qazanmasıdır. "Zirə" ilə oyunda qazandığmız qələbədə pay sahibi olduğum üçün xoşbəxtəm.
- "Monako" ilə oyunda Reynaldonu əvəz etmək çətin olmayacaq? Bunu özünüz üçün şans sayırsız?
- "Monako" ilə oyun bizim üçün çox vacibdi. Səbirsizliklə bu oyunu gözləyirəm. Ümid edirəm ki, yaxşı nəticə ilə qayıdacağıq. Biz heç vaxt səfərə uduzmaq və ya heç-heçə etmək üçün getmirik. Həmişə maksimum nəticəyə can atırıq.