"Neftçi" çempion!

Rusiyanın Krasnodar şəhərində keçirilən "Dəri top” turnirinə yekun vurulub.

Newsport.az-ın məlumatına görə, "Neftçi”nin U-14 komandası final matçında Cənubi Osetiyanın "Barsalan” klubunu məğlub edərək çempion adını qazanıb. 
 
Belə ki, 4:1 hesabı ilə başa çatmış oyunda baş məşqçi Eldəniz Məmmədovun yetirmələrindən 2 dəfə Musa Qurbanlı, hərəyə 1 dəfə isə Mübariz Soltanov və Valeh Qəhrəmanlı fərqləniblər.

Qeyd edək ki, futbolçu Ramin Nəsirli turnirin ən yaxşı müdafiəçisi seçilib. Komandanın heyətində ən çox qol vurmuş futbolçu Musa Qurbanlı olub (13 qol).
 
Turnirin bütün oyunlarında qələbə qazanmış yeniyetmələr qrup görüşlərində Tacikistanın "Umed” (3:0), Rusiyanın "Puls” (2:1), Moldovanın "Spiru Xaret” (4:1), Rusiyanın "Nadejda” (3:2) və Abxaziyanın "Qudauta” (9:0) klublarına qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right