Azərbaycan Premyer Liqasının IX turunda doğma meydanında "Qəbələ”ni qəbul edəcək "Zirə” ciddi itki ilə üzləşib.
Newsport.az-ın məlumatına görə, "qartallar”ın aparıcı oyunçusu Viktor İbekoyi növbəti turu buraxmalı olacaq. Buna səbəb isə Viktorun cəzalı duruma düşməsidir. O, geridə qalan tur ərzində IV dəfə xəbərdarlıq aldığı üçün "Qəbələ” ilə matçıburaxmaq məcburiyyətində qalacaq.
Qeyd edək ki, Viktor bundan əvvəl "İnter”, "Sumqayıt” və "Rəvan”la matçlarda cəzalanmışdı.